Ucnoqta.az
www.ucnoqta.az

10 gün əvvəl ağacdan yıxılan kişi öldü

10:45 - 5 Aprel 2024 tarixində dərc olunub.

Abşeron rayonunun Pirşağı qəsəbəsində 10 gün əvvəl ağacdan yıxılan 34 yaşlı kişi müalicə olunduğu xəstəxanada ölüb.

Ucnoqta.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Elvin İsgəndər oğlu Pənahov ağacdan yıxılıb.

Hadisə nəticəsində o, ağır xəsarət alıb və Sumqayıtda xəstəxanaya yerləşdirilib.

Aparılan müalicələrə baxmayaraq E.Pənahov bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası