Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda mənzildən meyit tapılıb

09:28 - 5 Aprel 2024 tarixində dərc olunub.

Sumqayıtda 59 yaşlı kişinin meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə "Ceyranabatan bağları" ərazisində fərdi evlərin birində qeydə alınıb.

1965-ci il təvəllüdlü Baxşəliyev Ələmşah Mirələm oğlunun meyitini yaşadığı evdə yaxınları aşkar edib.

Fakt araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası