Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu

16:25 - 4 Aprel 2024 tarixində dərc olunub.

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatının püşkü atılıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan yığmasının da qrupdakı rəqibləri bəlli olub. 

Belə ki, komandamız F qrupunda Fransa, İtaliya və Avstriya ilə mübarizə aparacaq. 

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-na qədər keçiriləcək. 

Müəllif: Ucnoqta.az redaksiyası