Ucnoqta.az
www.ucnoqta.az

74 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

10:22 - 30 Mart 2024 tarixində dərc olunub.

Yasamal rayonunda 74 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

"Report"un məlumatına görə, hadisə 1950-ci il təvəllüdlü Vera İvanovna Binyatovanın yaşadığı evdə hamam otağında çimərkən qeydə alınıb.

O, həmin vaxt evdə olan nəvəsi tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.

Müəllif: Ucnoqta.az redaksiyası