Ucnoqta.az
www.ucnoqta.az

57 yaşlı kişi binanın 9-cu mərtəbəsindən yıxılıb

09:45 - 25 Mart 2024 tarixində dərc olunub.

Bakının Nizami rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, 33A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan 1967-ci il təvəllüdlü Rauf Rafiq oğlu Aydazadə eyvandan yıxılıb.

Ağır xəsarətlər alan R.Aydazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.///Apa

Müəllif: Ucnoqta.az redaksiyası