Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO

18:28 - 19 Mart 2024 tarixində dərc olunub.

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə köhnə Ələt - Astara magistralının 186-cı km-də, Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb. "VAZ-2106" və "VAZ-21011" markalı maşınların toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası