Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda bir ailənin üç üzvü qəzada xəsarət alıb

19:46 - 14 Mart 2024 tarixində dərc olunub.

Lənkəranda qəzada bir ailənin üç üzvü xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, rayonun Qurumba kənd ərazisində "VAZ-21015" və VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində birincinin sürücüsü, Lənkəran rayonunun Rvo kənd sakini 1983-cü il təvəllüdlü Rauf Məmməd oğlu Nəzərov, onun həyat yoldaşı 1994-cü il təvəllüdlü Gültəkin Ziyad qızı Nəzərova və azyaşlı övladları xəsarət alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası