Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yataqxanada yanğın olub

15:27 - 14 Mart 2024 tarixində dərc olunub.

Bakıda yataqxanada yanğın baş verib.

FHN-dən Ucnoqta.az-a verilən xəbərə görə, Binəqədi rayonunda keçmiş məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan iki otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb, digər otağın tavanı və divarları 12 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası