Ucnoqta.az
www.ucnoqta.az

Vergi Xidmətinin vəzifəli şəxslərinin hüquqları genişləndirilir

16:40 - 12 Mart 2024 tarixində dərc olunub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti orqanlarının vəzifəli şəxsinin hüquqlarının genişləndirilməsi nəzərdə tutulub.

"Report"un xəbərinə görə, bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklə bağlı qanun layihəsində əksini tapıb.

Yenilənəcək əsasnaməyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə dövlət vəsaiti hesabına təhsil almaq və təlimlərdə iştirak etmək, həmçinin əmanətlərdən, qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək (əgər bu, maraqların toqquşması və korrupsiya hüquqpozmalarına səbəb olmursa) hüquqları verilir.

Müəllif: Ucnoqta.az redaksiyası