Ucnoqta.az
www.ucnoqta.az

Məşhur müğənni vəfat edib

09:11 - 12 Mart 2024 tarixində dərc olunub.

Pop müğənnisi Erik Karmen 75 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə musiqiçinin saytında məlumat yayılıb. Erik "All by myself" hitinin müəllifi olub.

Erik Karmen 1949-cu ildə ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində anadan olub. Altı yaşında musiqi ilə məşğul olub.

Qeyd edək ki, bu hit Selin Dion tərəfindən ifa edilib. 

Müəllif: Ucnoqta.az redaksiyası