Ucnoqta.az
www.ucnoqta.az

Xankəndidə silah-sursat aşkarlanıb

10:59 - 11 Mart 2024 tarixində dərc olunub.

Polis əməkdaşları tərəfindən Xankəndidə silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 8 ədəd müxtəlif markalı avtomat silahı, 30 patron darağı, 3 alışdırıcı, 930 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası