Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 26 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub

09:43 - 11 Mart 2024 tarixində dərc olunub.

Bakıda 26 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası