Ucnoqta.az
www.ucnoqta.az

Sabunçuda 26 yaşlı kişi qətlə yetirilib

11:52 - 10 Mart 2024 tarixində dərc olunub.

Martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Müəllif: Ucnoqta.az redaksiyası