Ucnoqta.az
www.ucnoqta.az

Tokayev sabah Azərbaycana səfər edəcək

10:44 - 10 Mart 2024 tarixində dərc olunub.

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev martın 11-12-də Azərbaycana səfər edəcək.

Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

"Martın 11-12-də Prezident Kasım - Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfəri edəcək", - məlumatda deyilir.

Səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcəyi planlaşdırılır.///Report

Müəllif: Ucnoqta.az redaksiyası