Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda yol qəzası olub

15:26 - 9 Mart 2024 tarixində dərc olunub.

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası