Ucnoqta.az
www.ucnoqta.az

Qəbələdə turizmin inkişafı üçün güzəştli kredit ayrılıb

16:43 - 6 Mart 2024 tarixində dərc olunub.

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu növbəti güzəştli kredit verib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib.

Bildirilib ki, turizm sektorunda güzəştli kreditdən yararlanan biznes nümayəndələrindən biri də sahibkar Azər Lütvəliyevdir.

“200 min manat güzəştli kredit götürən sahibkar Qəbələdə turizmin inkişafı layihəsini həyata keçirir”, - deyə nazir qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası