Ucnoqta.az
www.ucnoqta.az

Xankəndidə qarajdan 4kq-a yaxın marixuana və 13 avtomat aşkar edilib

11:00 - 4 Mart 2024 tarixində dərc olunub.

Xankəndidə narkotik vasitə və silah-sursat aşkar edilib.

Bu barədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 11 tüfəng, 7 ədəd qumbara, 3 alışdırıcı, 25 patron darağı, 1718 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası