Ucnoqta.az
www.ucnoqta.az

Sabah 20 kənddə qaz olmayacaq

14:00 - 3 Mart 2024 tarixində dərc olunub.

Xaçmaz rayonu, Çarxı kəndi istiqamətində istismarda olan PE dm 315 mm-lik yeraltı qaz xəttində “Təmiz qaz” QSC xidməti tərəfindən aşkar edilmiş qaz sızmalarının ləğvi ilə əlaqədar olaraq 04.03.2024-cü il 09:30-da qaz təchizatı dayandırılması planlaşdırılır.

Bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Təmir işləri aparılan müddətdə Xaçmaz rayon mərkəzinin bir hissəsi və rayonun 20 kəndinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ucnoqta.az redaksiyası