Ucnoqta.az
www.ucnoqta.az

Fermerlər Zəfər tağının yolunu ot bağlamaları ilə bağladılar

11:38 - 1 Mart 2024 tarixində dərc olunub.

Fransa fermerlər ittifaqı hökumətin siyasətinə etiraz olaraq Parisdə Zəfər tağı yaxınlığında aksiya keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə birlik X sosial şəbəkəsində məlumat yayılıb.

Franceinfo radiostansiyasının məlumatına görə, tağın yerləşdiyi Şarl de Qoll meydanında 150-yə yaxın fermer toplanıb.

Onlar ot bağlamalarının köməyi ilə tağa gedən yolları bağlayıblar. 

Müəllif: Ucnoqta.az redaksiyası