Ucnoqta.az
www.ucnoqta.az

18 yaşlı velosipedçi məşq zamanı qəzada ölüb

17:12 - 29 Fevral 2024 tarixində dərc olunub.

 İspaniyalı velosipedçi Xuan Puxalte məşq zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mursiya Velosiped İdmanı Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qəza nəticəsində 18 yaşlı yarışçının dalağı, böyrəyi və başı zədələnib, beyindaxili qanaxma da baş verib.

Müəllif: Ucnoqta.az redaksiyası