Ucnoqta.az
www.ucnoqta.az

Ağdaşda avtomat aşkarlanıb

08:31 - 22 Fevral 2024 tarixində dərc olunub.

Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, şöbə əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AKM" markalı avtomat, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanaraq götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası