Ucnoqta.az
www.ucnoqta.az

Bakıda məktəbdə yanğın başlayıb

10:32 - 21 Fevral 2024 tarixində dərc olunub.

Bakıda məktəbdə yanğın baş verib.

APA xəbər verir ki, yanğın Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı tam orta məktəbdə qeydə alınıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən qüvvələri cəlb olunub. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.

Müəllif: Ucnoqta.az redaksiyası