Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

08:41 - 21 Fevral 2024 tarixində dərc olunub.

Bakıda 24 yaşlı gənc yol -nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Murad Qürbət oğlu Hümbətov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası