Ucnoqta.az
www.ucnoqta.az

"Azercell" internet qiymətlərini BAHALAŞDIRDI

11:04 - 19 Fevral 2024 tarixində dərc olunub.

"Azercell" bu gündən etibarən internet qiymətlərini bahalaşdırıb.

Ucnoqta.az xəbər verir ki, bundan əlavə, “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Buraxılmış zəng” xidmətinə ƏDV daxil 0,20 AZN aylıq abunə haqqı tətbiq ediləcək. 

500 MB aylıq internet paketinə yeni qoşulmalar 19 fevral 2024-cü il tarixindən dayandırılıb. Həmin tarixədək paketi aktivləşdirən abunəçilər abunəlik ləğv edilənədək müvafiq internet paketindən istifadəyə davam edəcəklər. Göstərilən tarixədək aktiv olan aylıq və günlük internet paketləri üzrə müvafiq istifadə müddəti bitdikdən sonra yeni dəyişikliklər tətbiq ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası