Ucnoqta.az
www.ucnoqta.az

Atasını qətlə yetirməyə görə həbs edilən şəxs ölüb

12:32 - 16 Fevral 2024 tarixində dərc olunub.

Şirvanda 1 ay əvvəl atasının qətlinə görə saxlanılan şəxs ölüb.

APA-nın məlumatına görə, bu il yanvarın 8-də 74 yaşlı atasını qətlə yetirməkdə təqsirləndirilən Şirvan sakini, 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlunun ötən gün xəstəlikdən öldüyü bildirilir.

S.Şərifov bu gün Şirvanda dəfn edilib.

Qeyd edək ki, S.Şərifov barəsində Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanmış, barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası