Ucnoqta.az
www.ucnoqta.az

Gözəllik salonundan 4 min manatlıq oğurluq olub

11:23 - 15 Fevral 2024 tarixində dərc olunub.

Bakının Nərimanov rayonunda yerləşən gözəllik salonundan 4 min manatlıq alətlərin oğurlaması barədə polisə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası