Ucnoqta.az
www.ucnoqta.az

Evdə 2 nəfərin meyiti aşkarlanıb

20:02 - 13 Fevral 2024 tarixində dərc olunub.

Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 nəfərin meyiti aşkarlanıb.

Bu barədə Ucnoqta.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.

Faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası