Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda evdə partlayış olub, xəsarət alan var

08:53 - 13 Fevral 2024 tarixində dərc olunub.

Sumqayıtda partlayış baş verib.

 Hadisə Corat qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

İlkin məlumata görə, qaz sızması nəticəsində baş verən partlayışda Sumqayıt şəhər sakini, 2006-cı il təvəllüdlü Əlizadə İsmayıl Zabit oğlu yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.///APA

Müəllif: Ucnoqta.az redaksiyası