Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda 23 yaşlı gənc göldə boğuldu

19:31 - 12 Fevral 2024 tarixində dərc olunub.

Xaçmazın Ağaverdi-oba kəndində bədbəxt hadisə baş verib.

Ucnoqta.az "report"a istinadən xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü Əliyev Fərid Rövşən oğlu Ağaverdi-oba kəndi ərazisində işlədiyi bağda gölə düşməsi nəticəsində göldə boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası