Ucnoqta.az
www.ucnoqta.az

Plastik qablardakı ƏN BÖYÜK TƏHLÜKƏ

05:09 - 12 Fevral 2024 tarixində dərc olunub.

Kolumbiya Universitetindən Beizhan Yanın rəhbərliyi ilə 2018-ci ildə başlayan plastik şüşələr üzrə araşdırma 2024-cü ilin yanvarında tamamlanıb. 

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma 11 fərqli ölkə markası tərəfindən qablaşdırılan və bazarlarda satılan suyun əvvəllər təxmin ediləndən 10-100 dəfə çox plastik hissəciklər ehtiva edə biləcəyini ortaya çıxarıb. Bundan əlavə, mikroskop altında görünməyəcək qədər kiçik olan və sonsuzluğa səbəb olacaq nanohissəciklərin varlığı ilk dəfə araşdırılan şüşələrin yüzdə 93-də aşkar edilib.

Türkiyəli həkim Gökalp Öner plastik su qablarının insan sağlamlığına mənfi təsirlərinə diqqət çəkib. Plastik su qabı sənayesinin sürətlə inkişaf etdiyini vurğulayan həkim bildirir ki, gündəlik həyatımızda demək olar ki, hər gün plastik butulkalardakı su və ya plastik qablardakı qidaları istehlak edirik: 

“Ancaq mütəxəssislər bu vəziyyətin son dərəcə zərərli olduğu qənaətindədirlər. Xüsusilə plastik butulkalardakı suların heç bir faydası yoxdur. Onlar heç də saf deyi. Bədənimiz üçün kiçik biz görmədiyimiz plastikləri yığırıq" – professor vurğulayıb.

 “Məlumdur ki, insan saçının eninin təxminən mində biri olan nanoplastiklər həzm sistemindən və ya ağciyər toxumalarından qana keçəcək, potensial olaraq zərərli sintetik kimyəvi maddələri bədənə və hüceyrələrə yayacaq qədər kiçikdir. Bundan əlavə, bu nanoplastikalar insan sağlamlığı baxımından ən çox narahat edən plastik çirklənmədir". 

O, hamilə siçanlar üzərində aparılan araşdırmalarda ana plastik hissəcikləri udması və ya nəfəs almasından sonar tədqiqatçıların hamiləlikdən 24 saat sonra inkişaf etməkdə olan körpənin beynində, ürəyində, qaraciyərində, böyrəklərində və ağciyərlərində plastik kimyəvi maddələr aşkar etdiklərini bildirir.

Bu tapıntılar göstərir ki, insanların kiçik plastik hissəciklərə məruz qalması adi haldır və əsasən öyrənilməmiş risklər daşıyır. "Körpələr və gənc uşaqlar ən böyük risklərlə üzləşə bilər, çünki onların inkişaf etməkdə olan beyinləri və bədənləri çox vaxt zəhərli təsirlərə daha həssasdır."

Müəllif: Ucnoqta.az redaksiyası