Ucnoqta.az
www.ucnoqta.az

Zaqatalada avtomobillə vurulan məktəblinin vəziyyəti açıqlanıb

12:05 - 10 Fevral 2024 tarixində dərc olunub.

Zaqataladan Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya edilən 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadənin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

R.Məmməd bildirib ki, onun vəziyyəti ağır stabildir, huşu yerindədir.

Qeyd edək ki, hadisə fevralın 8-i rayonun Göyəm kəndində qeydə alınıb. Belə ki, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan “Mercedes” markalı minik avtomobili ilə Göyəm kənd sakinləri olan üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə ilə əlaqəli cinayət işi başlanıb, sürücü saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası