Ucnoqta.az
www.ucnoqta.az

Evdən külli miqdarda qızıl oğurlanıb

10:33 - 9 Fevral 2024 tarixində dərc olunub.

Bakının Yasamal rayonunda evdən qızıl oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mənzillərin birindən 35000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bəhruz Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası