Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

19:38 - 8 Fevral 2024 tarixində dərc olunub.

İmişlidə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonu Qaradonlu kəndində qeydə alınıb. Kənd sakinləri, 1992-ci il təvəllüdlü Murad Kərimov, həyat yoldaşı 1995-ci il təvəllüdlü İlkanə Kərimova və övladı 2021-ci il təvəllüdlü Səccad Kərimov dəm qazından zəhərləniblər.

Onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Müəllif: Ucnoqta.az redaksiyası