Ucnoqta.az
www.ucnoqta.az

Ağsuda faciə: 12 yaşlı qız dəm qazından öldü

20:01 - 7 Fevral 2024 tarixində dərc olunub.

Ağsuda dəm qazından ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Səməndər Rzayev küçəsində qeydə alınıb.

Rayon sakini, 2012-ci il təvəllüdlü Fidan Valeh qızı Sadıqova dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası