Ucnoqta.az
www.ucnoqta.az

Vilayət Eyvazov Xankəndidə səs verdi

09:27 - 7 Fevral 2024 tarixində dərc olunub.

Daxili işlər naziri Vilayət Eyvazov səsvermə hüququndan Xankəndidə istifadə edib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, nazir 122 saylı Xankəndi seçki dairəsinin 16 saylı məntəqəsində növbədənkənar Prezident seçkilərində səs verib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.

Müəllif: Ucnoqta.az redaksiyası