Ucnoqta.az
www.ucnoqta.az

Şərurda evdə kişi meyiti aşkarlandı

20:59 - 3 Fevral 2024 tarixində dərc olunub.

Şərurda evdə kişi meyiti aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Yengicə kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Bağırov Sadiq Rza oğlu yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb.

Faktla bağlı Şərur rayon prokurorluğunda araşdırma başladılıb.

Müəllif: Ucnoqta.az redaksiyası