Ucnoqta.az
www.ucnoqta.az

Binədə oğurluq edən Salyan sakini saxlanılıb

11:31 - 2 Fevral 2024 tarixində dərc olunub.

Binə qəsəbəsində evlərdən oğurluq edən şəxs saxlanılıb

Ucnoqta.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə Binə qəsəbəsi ərazisində evlərin birindən 2000 manat dəyərində 2 ədəd kondisioner və naqil oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Tağı Tağıyev saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası