Ucnoqta.az
www.ucnoqta.az

Xankəndidə silah-sursat tapılıb

10:27 - 2 Fevral 2024 tarixində dərc olunub.

Xankəndidə silah-sursat tapılıb.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 1-də Xankəndi şəhəri ərazisində 4 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 3 qumbara, 2 ədəd müxtəlif markalı tüfəng, 50 ədəd patron darağı, 2129 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası