Ucnoqta.az
www.ucnoqta.az

Şimali Koreya bir neçə qanadlı raket buraxıb

08:25 - 2 Fevral 2024 tarixində dərc olunub.

Şimali Koreya qərb sahilindən bir neçə qanadlı raket buraxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Məlumata görə, raketlər yerli vaxtla saat 13:00 radələrində buraxılıb. Raketlərin sayı dəqiqləşdirilməyib

Müəllif: Ucnoqta.az redaksiyası