Ucnoqta.az
www.ucnoqta.az

Nigeriya ikinci dəfə milli valyutasını devalvasiya edib

11:59 - 1 Fevral 2024 tarixində dərc olunub.

Nigeriya hakimiyyəti xarici investorları cəlb etmək üçün səkkiz ayda ikinci dəfə milli valyuta olan nairanı devalvasiya edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.

Nigeriya Mərkəzi Bankının məlumatına görə, əgər yanvarın 29-da dollara nisbətdə naira məzənnəsi 889,9 idisə, fevralın 1-də dollar artıq 1356,8 naira ilə ticarət olunur.

FT-nin qeyd etdiyi kimi, bu, valyutanı qara bazar məzənnəsinə yaxınlaşdıran rəsmi məzənnənin hesablanması metodologiyasındakı dəyişikliyin nəticəsidir. 

Müəllif: Ucnoqta.az redaksiyası