Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycandakı məşhur istirahət mərkəzində güclü yanğın - VİDEO

09:55 - 1 Fevral 2024 tarixində dərc olunub.

Lerikdə yerləşən Təbəssüm Ailəvi İstirahət Mərkəzində güclü yanğın baş verib.

Bu barədə istirahət mərkəzinin sahibi Akif Əliyev məlumat yayıb.

Onun sözlərinə görə, yanğın nəticəsində mərkəzin 5 binası, mətbəx və qonaq otaqları yanıb.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.///qaynarinfo

Müəllif: Ucnoqta.az redaksiyası