Ucnoqta.az
www.ucnoqta.az

Qanunsuz ov edən şəxs saxlanılıb

21:26 - 30 Yanvar 2024 tarixində dərc olunub.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Böyük Əmili kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, araşdırma zamanı onun rayon sakini R.Qasımov olduğu müəyyən edilib.

Həmin şəxsdən 1 ədəd ov tüfəngi və ovladığı çöl quşları aşkar olunaraq götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası