Ucnoqta.az
www.ucnoqta.az

Valyuta hərraclarındakı satış 2 dəfədən çox artıb

13:15 - 30 Yanvar 2024 tarixində dərc olunub.

Bu ay Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 417,1 milyon ABŞ dolları məbləğində satış olub.

Ucnoqta.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası