Ucnoqta.az
www.ucnoqta.az

Binəqədidə evdən 12 min manatlıq qızıl oğurlanıb

12:45 - 30 Yanvar 2024 tarixində dərc olunub.

Binəqədi rayonu ərazisində mənzillərin birindən 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası