Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mənzildən 12 min manatlıq qızıl oğurlanıb

10:51 - 30 Yanvar 2024 tarixində dərc olunub.

Binəqədi rayonu ərazisində mənzillərin birindən 12000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası