Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 31 yaşlı kişi özünü 11-ci mərtəbədən atıb

08:58 - 30 Yanvar 2024 tarixində dərc olunub.

Bakıda 31 yaşlı kişi özünü 11-ci mərtəbədən atıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayon ərazisində yerləşən 19 mərtəbəli binada qeydə alınıb.

1993-cü il təvəllüdlü Nurlan Cəfərzadə özünü 11-ci mərtəbədən ataraq intihara cəhd edib. O xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası