Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyevin general-mayor rütbəsi verdiyi Natiq Şirinov kimdir? - DOSYE

16:42 - 29 Yanvar 2024 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sərəncamı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. 

Ucnoqta.az gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilən Natiq Şirinovun dosyesini təqdim edir:

10 avqust 1970-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə N.A.Voznesenki adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olub, 1993-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1999-2001-ci illərdə  Dövlət Əmlakı Nazirliyində, 2001-2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə, 2011-2020-ci illərdə Vergilər Nazirliyində baş idarə rəisi, 2020-2022-ci illərdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 9 fevral 2015-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə”medalı, 11 fevral 2020-ci il tarixdə “Tərəqqi” medalı  ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2022-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 3 (üç) övladı var.

Müəllif: Ucnoqta.az redaksiyası