Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə usta intihar edib

09:48 - 29 Yanvar 2024 tarixində dərc olunub.

Gəncədə intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, 1982-ci il təvəllüdlü Gəncə şəhər sakini Daşdəmir Cəfərov işlədiyi avtomobil təmir sexində özünü iplə asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası