Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə maşın körpüdən aşdı

14:17 - 28 Yanvar 2024 tarixində dərc olunub.

Mingəçevirdə idarəermədən çıxan avtomobil aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Naxçıvan küçəsi üzərində yerləşən nəqliyyat körpüsü üzərində baş verib.

Yoldakı sürüşkənlik səbəbindən idarəetmədən çıxan minik avtomobil körpü üzərindən aşaraq yol kənarına düşüb.

Yaralı sürücü - 1995-ci il təvəllüdlü Hüseynov Hüseyn Ələsgər oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Müəllif: Ucnoqta.az redaksiyası