Ucnoqta.az
www.ucnoqta.az

Xəzər dənizində zəlzələ olub

00:45 - 27 Yanvar 2024 tarixində dərc olunub.

Qala stansiyasından 124 kilometr şərqdə, Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib ki, yanvarın 26-da 23:11-də qeydə alınan zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.

Müəllif: Ucnoqta.az redaksiyası